[b]Milan Baroş “yuva”ya döndü[/b]
21.06.2017 - 20:20
[b]Milan Baroş “yuva”ya döndü[/b]

Milan Baroş “Banik”lə anlaşıb. Apasport.az saytının məlumatına görə, bu barədə Çexiya təmsilçisi rəsmi açıqlama yayıb.

 

Karyerasına başladığı doğma klubuna yenidən geri dönən məşhur hücumçu bir illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, karyerası ərzində “Liverpul”, “Lion”, “Qalatasaray” kimi yüksək səviyyəli klublarda çıxış etmiş 35 yaşlı hücumçu son mövsümü “Slovan”da keçirmişdi.

0