[b]“Qəbələ” yoxlama oyununda məğlub oldu - YENİLƏNİB[/b]
22.06.2017 - 23:07
[b]“Qəbələ” yoxlama oyununda məğlub oldu - YENİLƏNİB[/b]

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti sınaq matçına çıxıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Bolqarıstanın “Ludoqorets” klubu ilə üz-üzə gəlib.

 

Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşmış təmsilçimiz 5-ci yoxlama matçını keçirib. Daha əvvəl yerli “Fulpmes” (8:0) və Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) qarşılaşmış “qırmızı qaralar” hər oyun bir hissədən ibarət olan turnirdə isə “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.

 

Bu matç da təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb. "Qırmızı-qaralar" 0:2 hesabına üzülüb.

 

Qeyd edək ki, “Ludoqorets”lə matç “Qəbələ”nin Avstriya toplanışının birinci mərhələsinin son sınağı olub.

 

Yoxlama oyunu

22 iyun

 

“Qəbələ” – “Ludoqorets” - 0:2

Qollar: Joao Paulo, 37, Codi Lukoki, 73

 

“Qəbələ”: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Elvin Məmmədov, Filip Ozobiç, Baqali Dabo 

0