[b]Ronaldodan hamilə qalmasına aydınlıq gətirdi[/b]
22.06.2017 - 10:09
[b]Ronaldodan hamilə qalmasına aydınlıq gətirdi[/b]

Ulduz futbolçu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriges haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı ispaniyalı model portuqaliyalı hücumçudan əkiz uşaqlara hamilə qalmasını təkzib edib.

 

Belə ki, şayiələrin yayılmasına səbəb Rodrigesin paylaşdığı şəkillər olub. Onun İtaliyanın “Ki” jurnalı üçün etdiyi fotosessiyada qarnının böyük görünməsi pərəstişkarlarının diqqətini cəlb edib. Bəzi insanlar modelin hamilə olduğunu güman ediblər.

 

Lakin Rusiyaya səfəri zamanı Ronaldonun yenidən ata olmayacağı aydınlaşıb. Gözəllik salonunda fotoobyektiv qarşısına keçən Corcina yeni şəkilləri ilə də bunun şayiə olduğunu sübuta yetirib. 

0