[b]“İnter” əvvəlki gücündə deyil” – Stamenkoviç serblərə danışdı[/b]
22.06.2017 - 10:33
[b]“İnter” əvvəlki gücündə deyil” – Stamenkoviç serblərə danışdı[/b]

“Azərbaycan klublarını və bu ölkənin mentalitetini yaxşı bilirəm. Fikrimcə, püşkatmada “Mladost”un bəxti gətirmədi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç deyib.

 

Azərbaycanda 4 il futbol oynamış və hazırda karyerasını Qazaxıstanda davam etdirən serbiyalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında yerli klubların avrokuboklardakı şanslarını dəyərləndirib.

 

“Okjetpes”in üzvü Luçani “Mladost”unun Avropa Liqasının I təsnifat mərhələsində “İnter”lə keçirəcəyi matçlara da toxunub. Stamenkoviç bu cütlükdə bakılıları favorit qismində görür.

 

Lakin o, “İnter”in hazırda məğlubedilməz komanda olmadığını da vurğulayıb: “İki il əvvəl “Çukariçki” Azərbaycanın digər komandası “Qəbələ” ilə düşmüşdü. Belqradda sərfəli nəticəyə baxmayaraq, komandamız səfərdə məğlub olaraq, mübarizəni dayandırdı. Doğrudu, “İnter” əvvəlki gücündə deyil və büdcəsi də azaldılıb. Azərbaycanlılar Bakıda fürsət axtaracaq və azarkeşlərin böyük dəstəyini alacaqlar. Luçanidəki görüşdə Serbiya məktəbinə güvənmək lazımdı. Nenad Milovanoviç güclü məşqçidi, komandasını “İnter”lə oyunlara yaxşı hazırlayacaq. Futbolda isə hər zaman hər şey mümkündü. Bu üzdən də mümkün qədər az səhvlə oynamaq lazımdı”.

 

Qeyd edək ki, Saşa Stamenkoviç 2011-2015-ci illərdə “Neftçi”nin formasını geyinib, 2 dəfə Azərbaycan çempionu (2011-12, 2012-13) və 2 dəfə ölkə kubokunun qalibi (2012-13, 2013-14) olub.

0