[b]Rakitiç Prosineçkini seçdi[/b]
22.06.2017 - 10:40
[b]Rakitiç Prosineçkini seçdi[/b]

“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç Kataloniya klubunun tarixi ərzində ən yaxşı futbolçuları hesab etdiyi “beşliy”i açıqlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Xorvatiya yığmasının üzvü bununla bağlı “İnstagram” səhifəsində video paylaşıb.

 

Özünü hazırkı komanda yoldaşlarını seçmək hüququndan məhrum edən Rakitiç üstünlüyü əvvəllər “Barsa”da çıxış etmiş oyunçulara verib. O, şərh bölməsində çətinliklə seçim etdiyini bildirib.

 

Rakitiçin siyahısı əfsanəvi hücumçu Yohan Kroyffla başlayır. Ötən il dünyasını dəyişmiş hollandiyalı həm futbolçu, həm də məşqçi kimi adını “Barselona”nın tarixinə yazdırmağı bacarıb. İkinci pillədə Kataloniya klubunun digər sabiq futbolçusu Ronald Kuman yer alıb.

 

Rakitiç siyahını braziliyalılar – Romario və Ronaldo ilə davam etdirib. Hər iki forvard “Barsa”da uzun müddət çıxış etməsə də, komandanın liderlərindən olub.

 

Təcrübəli xavbek 5-ci pillədə digərləri ilə müqayisədə, nisbətən az məşhur olan Robert Prosineçkiyə yer verib. Rakitiç hazırda Azərbaycan yığmasını çalışdıran həmyerlisini vaxtilə “Barselona”nın formasını geyinməklə, Xorvatiya futbolunun dünyada tanınmasında böyük rol oynadığına görə seçdiyini etiraf edib.

 

Qeyd edək ki, Robert Prosineçki 1995/96 mövsümündə “Barselona”nın uğurları üçün çalışıb.

 

 

0