[b]Aqolli “Milan”ın sabiq hücumçusu ilə çalışacaq?[/b]
22.06.2017 - 11:18
[b]Aqolli “Milan”ın sabiq hücumçusu ilə çalışacaq?[/b]

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli keçmiş hücumçu Filippo İnzaginin rəhbərliyi altında oynaya bilər. Apasport.az saytı “Sky Sport İtalia” nəşrinə istinadən xəbər verir ki, təcrübəli müdafiəçinin şərəfini qoruduğu Albaniya yığmasını sabiq “Milan”lının çalışdırmaq variantı yaranıb.

 

Belə ki, Albaniya Futbol Federasiyası yeni çalışdırıcı axtarışına başlayıb. Onlar Canni de Byazinin gedişindən sonra boş qalmış posta İnzagini dəvət ediblər. Hazırda “Venetsia” klubunun “sükanı arxası”nda olan 44 yaşlı mütəxəssisə rəsmi təklif göndərilib. İnzaginin yığmada çalışmaq variantını qəbul edib-etməyəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, futbolçu karyerası ərzində “Yuventus” və “Milan” kimi klubların formasını geyinmiş Filippo İnzagi “Venetsia”dan öncə “rossonyerlər”i çalışdırıb.

0