[b]Azərbaycan klubunun büdcəsi rumınları qorxuya salıb[/b]
22.06.2017 - 11:32
[b]Azərbaycan klubunun büdcəsi rumınları qorxuya salıb[/b]

“Komandamız üçün yeni mövsüm çətin olacaq. Deyərdim ki, bəxtimiz də gətirmədi”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Rumıniyanın “Ştiinta” klubunun baş məşqçisi Florin Qrapa deyib.

 

Təcrübəli mütəxəssis “Çelenc Cup”ın 2017/2018 mövsümü ilə bağlı fikrini açıqlayıb. 1/16 finalda Bakının “Azərreyl” klubu ilə qarşılaşacaq komandanın baş məşqçisi püşkdən razı qalmayıb.

 

Yeni mövsümdə iddialı olacaqlarını deyən Qrapa bildirib ki, “dəmiryolçular”ın büdcəsi onlarla müqayisədə yüksəkdi: “Azərreyl” maliyyəsi yüksək olan effektiv rəqibdi. Buna baxmayaraq, biz də özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Çalışacağıq ki, istəyimizi ortaya qoyaq”.

 

Qeyd edək ki, komandamız Rumıniya çempionatının 4-cüsü ilə ilk oyununu dekabrın 12-14-də səfərdə keçirəcək. Cavab matçı isə gələn il yanvarın 9-11-i aralığında Bakıda olacaq.

 

Super Liqanın gümüş medalçısı olan “dəmiryolçular” mərhələ adlayarsa, "Pfeffingen" (İsveçrə) - "Mladost" (Xorvatiya) cütünün qalibini sınağa çəkəcək. 

 

 

 

0