[b]“Zirə”nin potensial rəqibi 350 min avro qazandı[/b]
22.06.2017 - 12:08
Avropa Liqasının II təsnifat mərhələsində “Zirə”nin potensial rəqibi olan “Astra” əsas oyunçularından biri ilə vidalaşıb. Apasport.az saytı xəbər verir ki, Rumıniya klubu qapıçı Silviu Lunq Junioru heyətində saxlaya bilməyib.
Belə ki, 28 yaşlı qolkiper “Kayserispor”la anlaşıb. “Astra” rəhbərliyi bu keçiddən 350 min avro qazanıb.
Junior yeni komandasında rumıniyalı çalışdırıcı Marius Şumuditsanın rəhbərliyi altında oynayacaq. Çərçivə qoruyucusu bu məqamın “Kayserispor”a adaptasiya prosesində ona kömək edəcəyini bildirib.
Qeyd edək ki, “Zirə” Avroliqanın I təsnifat mərhələsində “Differdanj”la üz-üzə gələcək. Paytaxt təmsilçisi Lüksemburq klubunu mübarizədən kənarlaşdıracağı halda, “Astra”ya rəqib olacaq.
0
0