[b]“Liverpul”dan 39 milyonluq transfer[/b]
22.06.2017 - 13:10
[b]“Liverpul”dan 39 milyonluq transfer[/b]

“Roma”nın hücumçusu Məhəmməd Salahın “Liverpul”a keçidi baş tutub. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, misirli futbolçu artıq İngiltərədədi.

 

“Qırmızılar”ın bazasında tibbi müayinədən keçən Salah bu gün yeni klubu ilə münasibətləri rəsmiləşdirəcək. 25 yaşlı oyunçunun transferi “Roma”ya 39 milyon avro qazandırıb.

 

Qeyd edək ki, Məhəmməd Salah “Roma”ya ötən il 14,7 milyon avro müqabilində “Çelsi”dən keçib.

0