[b]Kononov “Qarabağ”la oyun haqda: Yaxşı rəqib üzərində qələbə qazandıq[/b]
22.06.2017 - 13:30
[b]Kononov “Qarabağ”la oyun haqda: Yaxşı rəqib üzərində qələbə qazandıq[/b]

“Əsas odu ki, qalib gəldik. Özü də yaxşı rəqib üzərində qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Axmat” klubunun baş məşqçisi Oleq Kononov deyib.

 

Avstriyadakı təlim-məşq toplanışında əvvəlcə “Qəbələ” ilə yoxlama görüşündə 1:0 hesablı qələbəyə sevinən Rusiya təmsilçisi ardınca “Qarabağ”ı da eyni hesabla üstələyib.

 

Qarşılaşma ilə bağlı klubun rəsmi saytına açıqlama verən Kononov qələbəni şərh edib: “Qarabağ” Azərbaycan çempionudu və Çempionlar Liqasında iştirak edəcək. Təbii ki, oyunla bağlı planımız var idi. Təlim-məşq toplanışında çox intensiv məşqlər keçmişdik. Bütün toplanışda iştirak edən futbolçulara daha çox oynamaq şansı yaratdım. Gördük ki, hücuma keçmək və top almaq baxımından, bəzi çatışmazlıqlarımız var. Ümumilikdə isə komandamın məşqlərdəki və yoxlama oyunlarındakı çıxışından razı qaldım”.

 

Qeyd edək ki, daha əvvəl “Terek” adı ilə tanınan komanda Çeçenistanın mərhum prezidenti Axmat Kadırovun şərəfinə “Axmat” adlandırılıb.

0