[b]“Çelsi”nin əfsanəvi kapitanına Çempionşipdən təklif[/b]
22.06.2017 - 13:50
[b]“Çelsi”nin əfsanəvi kapitanına Çempionşipdən təklif[/b]

“Çelsi”dən ayrılan Con Terri İngiltərənin başqa klublarından təklif alıb. Apasport.az saytı “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçinin xidmətində, ilk növbədə, “Aston Villa” maraqlıdı.

 

Çempionşip təmsilçisi 37 yaşlı futbolçuya rəsmi təkliflə müraciət edib. “Aston Villa” rəhbərliyi “zadəganlar”ın əfsanəvi kapitanına ildə 4 milyon funt-sterlinq məvacib ödəməyə hazırdı.

 

“Aston Villa” ilə yanaşı, “Bortnmut”, “Vest Bromviç”, “Suonsi” və “Birmingem” də Terri ilə danışıq aparır. Bundan əlavə, təcrübəli futbolçunun ABŞ və Çinə köçmək variantı da var.

0