[b]Millimiz son pillədən qaça biləcəkmi?[/b]
22.06.2017 - 14:45
[b]Millimiz son pillədən qaça biləcəkmi?[/b]

Sabah kişi voleybolçular arasında Avropa Liqasında II dövrənin oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı A qrupunun son 3 matçına Albaniya ev sahibliyi edəcək.

 

Tiranada baş tutacaq qarşılaşmalarda Fərid Cəlalovun yetirmələrini şansı yüksək qiymətləndirilmir. Çünki Makedoniyada təşkil olunan dövrədə komandamız qələbə qazanmadığından onların mərhələ adlaması heç də asan olmayacaq.

 

Belə ki, reqlamentə əsasan ilk 2 pillənin sahibi yarımfinala yüksələcək. Bunun üçün isə yığmamız bütün oyunlarda 3 xallıq qələbə qazanmalı, digər oyunların əksəriyyətində tay-brekin olmasını arzulamalıdı.

 

Yarışın təqviminə gəlincə, təmsilçimiz Albaniyada ilk oyununu ev sahiblərinə qarşı keçirəcək. İlk görüşdə rəqibindən 1 set alan millimiz bu dəfə məğlubiyyətini sığortalaya bilər. Ardınca İsveç voleybolçuları ilə üz-üzə gələcəyik. Skopyedə 2:0 hesabı ilə öndə olduğumuz, yekunda uduzduğumuz skandinaviyalılarla duelin bu dəfə də gərgin keçəcəyini proqnozlaşdırmaq mümkündü. Son matçda isə lider Makedoniyanı sınağa çəkəcəyik. Onlardan da ən azı 1 xal almaq mümkündü.

 

Fərid Cəlalov ilk dövrə ilə müqayisədə heyətdə dəyişiklik etməyib. Bu səbəbdən də komandamız Almaniyada aşağıdakı oyunçularla çıxış edəcək:


Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev.

 

 

Albaniya, II dövrə

23 iyun

17:00. İsveç – Makedoniya

20:00. Albaniya – Azərbaycan

 

24 iyun

17:00. Makedoniya - Azərbaycan

20:00. İsveç – Albaniya

 

25 iyun

17:00. Azərbaycan – İsveç

20:00. Makedoniya – Albaniya

 

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Makedoniya

3

3

0

9-1

249-196

9

2

Albaniya

3

2

1

6-6

255-260

5

3

İsveç

3

1

2

6:8

293-298

3

4

Azərbaycan

3

0

3

3-9

232-275

1

 

0