[b]“Qarabağ”ın Bakıdakı oyununun başlanma saatı açıqlandı[/b]
22.06.2017 - 15:15
[b]“Qarabağ”ın Bakıdakı oyununun başlanma saatı açıqlandı[/b]

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia" ilə keçirəcəyi ilk oyunun başlanma saatı məlum olub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Gürcüstan təmsilçisi ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

İyulun 11-də keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, tərəflər arasında cavab görüşü isə iyulun 18-də Gürcüstanda olacaq.

0