[b]“Zirə”nin rəqibi tanınmış futbolçu ilə müqavilə bağlayır [/b]
22.06.2017 - 16:44
[b]“Zirə”nin rəqibi tanınmış futbolçu ilə müqavilə bağlayır [/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Differdanj” heyətini gücləndirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, Lüksemburq təmsilçisi hazırkı heyətlə Azərbaycan klubunu keçə bilməyəcəyini düşünərək, hərəkətə keçib.

 

Klub rəhbərliyi vaxtilə “Maynts”da çıxış etmiş Şadli Amrini baxışa dəvət edib. 32 yaşlı hücumçu bir neçə gündü “Differdanj”ın düşərgəsindədi. Əlcəzair yığmasının sabiq üzvü ilə bağlı yekun qərar həftəsonu veriləcək. Bununla belə, baş məşqçi Paskal Karzaniqanın təcrübəli futbolçunu komandasında görmək istədiyi, tərəflərin həftəsonu 1 illik müqaviləyə qol çəkəcəyi bildirilir.

 

Klub rəsmiləri Şadlinin “Zirə” ilə Bakıdakı oyunda iştirak etmək ehtimalını nəzərə alaraq, onun pasportunu indidən götürüblər və viza üçün müraciət ediblər. Hücumçu ilə bağlı yekun qərar müsbət olsa, Amrinin adı “Differdanj”ın Avroliqanın I təsnifat mərhələsi üçün iştirak ərizəsinə salınacaq.

 

Qeyd edək ki, son olaraq Almaniyanın Regional Liqasında “Homburq”un formasını geyinmiş Şadli Amri Əlcəzair millisində 10 oyun keçirib.

 

 

0