[b]“Beşiktaş” Fransa millisinin üzvünü istəyir[/b]
22.06.2017 - 21:45
[b]“Beşiktaş” Fransa millisinin üzvünü istəyir[/b]

“Beşiktaş” “Sevilya”nın müdafiəçisi Adil Raminin xidmətində maraqlıdı. Apasport.az saytının məlumatına görə, bu barədə Əndəlüs təmsilçisinin baş məşqçisi Eduardo Berisso “Marka” radiosuna açıqlama verib.

 

47 yaşlı mütəxəssis “Marsel”lə yanaşı, “Beşiktaş”ın da fransalı müdafiəçinin xidmətində maraqlı olduğunu qeyd edib: “Ramiylə “Marsel” maraqlanır, lakin “Beşiktaş” da bu yarışın içindədi. Bizə oyunçuyla maraqlandıqlarını dedilər”.

 

Qeyd edək ki, 31 yaşlı futbolçunun “Sevilya” ilə müqavilə müddəti 2019-cu ilin yayında başa çatacaq.

0