[b]Almeyda izlədi, Dani tək çalışdı[/b]
23.06.2017 - 01:54
[b]Almeyda izlədi, Dani tək çalışdı[/b]

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın yeddinci gününü tək məşqlə başa vurub. Apasport.az saytının məlumatına görə, axşam baş tutan məşq yerli saatla 19:00-da start götürüb və təxminən bir saat yarım davam edib.

 

İspaniyalı futbolçu Dani Kintana fizioterapevt nəzarəti altında fərdi çalışmalarla kifayətlənib.

 

Dünən gün komandaya qoşulan yarımmüdafiəçi Riçard Almeyda isə məşqi kənardan izləyib.

0