[b]“Sumqayıt” hazırlığa start verdi[/b]
23.06.2017 - 09:30
[b]“Sumqayıt” hazırlığa start verdi[/b]

“Sumqayıt” 2017/2018 mövsümü üçün hazırlığa start verib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında doğma şəhərdə mövsümə hazırlıq məqsədilə ilk məşqini keçirib.

 

“Sumqayıt” yeni transferlər də daxil olmaqla, tam heyətlə hazırlaşıb. Yalnız bərpa prosesi keçən müdafiəçi Vaquf Güləliyev fərdi məşqlərlə kifayətlənib.


Qeyd edək ki, “Sumqayıt” hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu iyulun 2-də “Səbail”ə qarşı keçirəcək.

0