[b]Yeni baş məşqçi Dəniz Yılmazla bağlı qərarını verdi[/b]
23.06.2017 - 10:00
[b]Yeni baş məşqçi Dəniz Yılmazla bağlı qərarını verdi[/b]

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın klubu “Bursaspor”dakı taleyinə aydınlıq gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 29 yaşlı forvard klubdan göndəriləcək.

 

İntizamsız hərəkətlərindən sonra komandadan uzaqlaşdırılan Dəniz, onsuz da, rəhbərliyin “qara siyahı”sında idi. Lakin bu məsələdə son söz yeni baş məşqçiyə qalmışdı.

 

“Ağ-yaşıllar”ın “sükanı arxası”na gətirilən Pol Le Quenin ilk işi də taleyi qeyri-müəyyən olan futbolçularla bağlı qərar vermək olub. Fransalı mütəxəssis 4 nəfərin gələcək planlarına daxil olmadığını rəhbərliyə bildirib ki, onun komandada görmək istəmədiyi futbolçulardan biri də Dənizdi.

 

Rəhbərliyin vaxt itirmədən transferə çıxardığı Yılmaz çox güman ki, karyerasını elə Türkiyədə davam etdirəcək. Çünki “Osmanlıspor”un ardından Superliqaya yenicə vəsiqə qazanan “Göztəpə” də onun xidmətində maraqlıdı. Yığmamızın üzvünün məhz ikincilərlə anlaşması gözlənilir. Çünki Hamza Hamzaoğlunun istefasından sonra forvard “Osmanlıspor”a keçməyə müsbət yanaşmır.

 

Pol Le Quenin “Bursaspor”da görmək istəmədiyi digər oyunçular Kristobal Xorkera, Rikardo Fati və Sərcan Yıldırımdı. Rəhbərlik adıçəkilən futbolçuları da transferə çıxarıb.

 

Qeyd edək ki, Dəniz Yılmazın “Bursaspor”la müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.

 

0