[b]“Bavariya” milli üzvü ilə anlaşdı[/b]
23.06.2017 - 10:34
[b]“Bavariya” milli üzvü ilə anlaşdı[/b]

“Bayer”in futbolçusu Yulian Brandt komandasını dəyişməyə qərar verib. Apapsort.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi karyerasını “Bavariya”da davam etdirəcək.

 

Belə ki, tərəflər arasında razılığın əldə olunduğu bildirilir. Münhen klubu gənc futbolçu ilə bu günlərdə rəsmi müqavilə imzalayacaq.

 

Sözləşmənin müddəti 2019-cu ilə qədər nəzərdə tutulacaq.

 

Qeyd edək ki, “Bayer”in yetirməsi olan Yulian Brandt 2014-cü ildən əsas komandada çıxış edir. O, ötən ildən Almaniya yığmasının da şərəfini qoruyur. 

0