SİZİN REKLAM BURADA

“Formula-1”: Azərbaycan Qran-prisi start götürür

Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək. Apasport.az saytının məlumatına görə, paytaxtımızda ardıcıl ikinci dəfə keçiriləcək yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb. 

 

Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 8-ci yürüşündə saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər.

 

İlk mərhələnin son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə Tarkanın konserti ilə yekun vurulacaq.

 

Şənbə və bazar günləri hər bir Formula-1 Qran-prisi üçün əsas günlərdi. Belə ki, sabah “Formula-2” yarışlarında birinci yarış, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır. Bu dəfə gün “The Black Eyed Peas” qrupu və Nikol Şerzingerin konserti ilə yükunlaşacaq.

 

İyunun 25-də “Formula-2”də ikinci yarış təşkil olunacaq. Ardınca əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, Grid təqdimatı olacaq və Azərbaycan himni səslənəcək. Saat 17:00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Meraya Kerinin konserti nəzərdə tutulub.

 

Bu mərhələyə də əvvəlki yarış kimi 10 komandanın heyətində 20 pilot qatılacaq. Ölkəmizdə “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Force İndia"nın heyətində Serxio Peres, Esteban Okon, “Toro Rosso”nun heyətində Daniel Kvyat, Karlos Sayns, "Willams"ın heyətində Felipe Massa, Lens Stroll, "Renault"un heyətində Niko Hülkenberq, Colion Palmer, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "Sauber"in heyətində Markus Eriksson, Paskal Verlyayn, "McLaren Honda"nın heyətində Fernando Alonso və Stoffel Vandorn sürətini yoxlayacaq.

 

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər burdan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, martın 26-da Avstraliyada start götürən mövsümdə 7 mərhələdən sonra pilotların mübarizəsində 141 xalla “Ferrari”nin pilotu Sebastiyan Fettel (93 xal) liderdi. Onu “Mersedes”dən Luis Hamiltonla (129 xal) Valterri Bottas izləyir.

 

Komanda hesabında isə “Mersedes” 222 xalla birincidi. "Ferrari" 214 xalla ikinci, "Red Bull" 112 xalla üçüncüdü.

 

Bakı Şəhər Halqası

Döngə sayı – 20

Dövrə - 51

Əsas yarış günü – 25 iyun

Halqanın uzunluğu – 6,003 km

Ümumi məsafə - 306,049 km

Rekord – Niko Rosberq 1:46.485 (2016)

 

Azərbaycan Qran-prisinin proqramı

 

23 iyun, cümə

11:00

11:45

FIA Formula-2

Sərbəst yürüş

12:00

12:45

Paddock Club

Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi

13:00

14:30

Formula-1

Birinci sərbəst yürüş

15:00

15:30

FIA Formula-2

Sıralanma turu

15:40

16:45

Paddock Club

Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi

17:00

18:30

Formula-1

İkinci sərbəst yürüş

 

24 iyun, şənbə

10:00

11:25

Paddock Club

Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi

11:00

11:30

Formula-1

Komandaların pit stop təlimi

12:00

13:05

FIA Formula-2

Birinci yarış (29 dövrə və ya 60 dəq.)

14:00

15:00

Formula-1

Üçüncü sərbəst yürüş

15:05

16:40

Paddock Club

Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi

17:00

18:00

Formula-1

Sıralanma turu

 

25 iyun, bazar

12:25

13:25

Paddock Club

Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi

14:00

14:50

FIA Formula-2

İkinci yarış (12 dövrə və ya 45 dəq.)

15:00

16:00

Paddock Club

Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi

15:30

15:45

Formula-1

Pilotların paradı

15:45

16:15

Formula-1

Grid təqdimatı

16:45

 

Formula-1

Dövlət Himni

17:00

19:00

Formula-1

Azərbaycan Qran-prisi (51 dövrə və ya 120 dəq)

 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10