[b]Renat Dadaşovun komandasında ciddi itki[/b]
23.06.2017 - 16:59
[b]Renat Dadaşovun komandasında ciddi itki[/b]

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun klubu “Ayntraxt” ciddi itki ilə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yeni transfer Karlos Salsedo sıradan çıxıb.

 

Bir neçə gün əvvəl “Qvadalaxara” klubundan 1 il müddətinə icarəyə götürülən müdafiəçi Meksika millisinin düşərgəsində zədələnib. Belə ki, Konfederasiyalar Kubokunda Yeni Zelandiya ilə qarşılaşmada çiynindən xəsarət alan 24 yaşlı futbolçu ölkəsində əməliyyat olunacaq. Həkimlər Salsedonun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.

 

Qeyd edək ki, Konfederasiyalar Kubokunda Portuqaliya ilə bərabərə (2:2) qalıb, Yeni Zelandiya üzərində qələbə (2:1) qazanan Meksika yığması 2 turdan sonra 4 xalla A qrupuna başçılıq edir.

0