[b]Kamran Şahsuvarlı finalda![/b]
23.06.2017 - 21:00
[b]Kamran Şahsuvarlı finalda![/b]

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarımfinalda mübarizə aparan yeganə təmsilçimiz Kamran Şahsuvarlı bu gün rinqə çıxıb.

 

75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız macarıstanlı Zoltan Harcsla qarşılaşıb. Görüşü 4:1 hesablı qələbə ilə başa vuran Kamran finala yüksəlib.

 

Boksçumuzun finaldakı rəqibi ukraynalı Aleksandr Xijnyak olacaq.

 

Qeyd edək ki, yarışa 10 boksçu ilə qatılan millimizin 5 üzvü 1/4 finala yüksəlməyi bacararaq dünya çempionatında yarışmağa haqq qazanıb. 

0