SİZİN REKLAM BURADA

Avropa Liqasına erkən vida

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəni erkən dayandıracaq. Apasport.az saytının məlumatına görə, buna səbəb Fərid Cəlalovun yetirmələrinin ardıcıl 4 oyunda məğlubiyyətidi.

 

Belə ki, aktivində cəmi 1 xalı olan komandamız hesabat turunda Albaniyaya ikinci görüşdə də uduzduğundan yarımfinal şansını itirib. A qrupunda yarışan komandamız son 2 turda qalib gələcəyi halda belə ikinci pillədə qərarlaşan albanlara çata bilməyəcək. Çünki ikinci dövrəyə ev sahibliyi edən ölkə artıq 8 xal qazanıb. Biz 2 görüşdən maksimum 6 xal toplayacağımız halda isə xalımızın cəmi 7-yə bərabər olacaq.

 

Qrupumuzda Makedoniyanın artıq növbəti mərhələdə olduğunu da demək olar. Onların aktivində 12 xalı var. Fərid Cəlalovun yetirmələri məhz Makedoniya və İsveçlə görüşdə özlərini yaxşı tərəfdən göstərərlərsə, autsayderlikdən xilas ola bilərlər. Bu da təsəlli xarakteri daşıyacaq.

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Makedoniya

4

4

0

12-1

331-264

12

2

Albaniya

4

3

1

9-6

330-315

8

3

İsveç

4

1

3

6:11

361-380

3

4

Azərbaycan

4

0

4

3-12

287-350

1

 

Qeyd edək ki, B qrupunda yarımfinalçılar artıq məlumdu. Macarıstan və İsrail mübarizəni dayandırdığı halda, qrup lideri Ukrayna və ikinci yerdə qərarlaşan Danimarka yoluna davam edəcək. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10