SİZİN REKLAM BURADA

“Formula-2”: VII mərhələdə ilk “üçlük” dəqiqləşdi

Bakıda “Formula-2” üzrə yarışının VII mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, 20 pilotun qatıldığı 29 dövrəli mübarizə “PREMA Racing” ko­mandasının pilotu Şarl ­Leklerin qələbəsi ilə yekunlaşıb.

 

20 yaşlı pilot 1:54.025 nəticə göstərib. İkinci yeri Niderland "Rapax"ından Nik De Vries (1:54.891), üçüncü pilləni isə Kanada DAMS-ından Nikolas Latifi (1:54.935) tutub. 

 

Yarışda 14 pilot çıxışını sonadək davam etdirib. Antonio Fuoko (İtaliya, “Prema Racing”), Coni Sekottonun (Venesuela, “Rapax”) Şon Gelaelın (İndoneziya, “Pertamina Arden”), Sergey Sirotkin (Rusiya, “ART Grand Prix”), Nobuharu Matsuşita (Yaponiya, “ART Grand Prix”) və Qustav Malyanın (İsveç, “Racing Engineering”) qəza törətdiklərindən mübarizəni vaxtından əvvəl dayandırıblar.

 

Qeyd edək ki, “Formula-2” VIII mərhələsi sabah olacaq. Pilotlar saat 14:00-da start götürəcək yarışda 21 dövrə vuracaqlar. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 16 13 2 1 26-6 41

2.

Qəbələ

16 11 2 3 30-15 35

3.

Zirə 16 9 4 3 25-14 31

4.

Sumqayıt

16 7 3 6 20-18

24

5.

Neftçi

16

6 1 9 18-18 19

6

Səbail 16 4 2 10 10-23 14

7.

Keşlə

16

3 3 10 11-25 12

8.

Kəpəz

16 2 1 13 10-31 7
               

 

Top 10