[b]Mundialın ilk günü medal olmadı[/b]
24.06.2017 - 16:11
[b]Mundialın ilk günü medal olmadı[/b]

Bu gün Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə dünya çempionatına start verilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk günü Azərbaycan millisinin 2 idmançısı dayanq üzərinə çıxıb.

 

Qadınların mübarizəsində Safiye Polat birinci döyüşünü qələbə ilə başa vurub. 46 kq çəki dərəcəsində gücünü yoxlayan təmsilçimiz nigeriyalı Josefine Esukuya böyük hesabla (15:6) qalib gəlib. Lakin o, növbəti döyüşdə Türkiyə millisinin üzvü Rukiye Yıldırıma 5:8 hesabı ilə məğlub olaraq, çıxışını başa vurub.

 

Kişilər arasında 54 kq çəki dərəcəsində yarışa qatılan Qaşım Maqomedov da mundialda ilk görüşünü xeyrinə bitirib. O, livanlı Georgies Nakhleyə şans verməyib - 17:1. İkinci döyüşündə isə İtaliya təmsilçisi Vita Della Aqulla təmsilçimizdən üstün olub. Qaşım bu qarşılaşmadan 10:20 hesablı məğlubiyyətlə ayrılaraq çempionatda iştirakını dayandırırıb.

 

Beləliklə, çempionatın ilk günü komandamız üçün başa çatıb.

 

Sabah daha iki taekvondoçumuz mübarizəyə qoşulacaq. Patimat Abakarova (49 kq) və Sina Bəhrami (74 kq) nəyə qadir olduğunu nümayiş etdirəcək.

 

0