SİZİN REKLAM BURADA

“Formula-1”: Luis Hamilton birinci başlayacaq

Bakıda təşkil edilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, bir saat davam edən yürüşdə 10 komandanın 20 deyil, 19 pilotu mübarizə aparıb.

 

Buna səbəb "Renault"un üzvü Colion Palmerin üçüncü sərbəst yarışda yanacaq sızmasına görə bolidinin mühərrikinin alışmasındı. Avtomobilin mühərriki tam yararsız hala düşdüyündən onun dəyişdirilməsinə ehtiyac yaranıb. Lakin bu, sıralama turuna kimi mümkün olmadığından Palmer yürüşü azarkeş kimi izləyib. 

 

Digər 19 pilot isə öz bolidləri ilə 6 kilometrlik Bakı trekində sabahkı sıralamanı müəyyənləşdirməyə çalışıblar. Ən yaxşı göstəriciyə “Mercedes”in pilotu Luis Hamilton imza atıb. 32 yaşlı idmançı 1:40.593 dəqiqəlik göstərici ilə sabah yarışa ilk pillədə başlayacaq.

 

Onun komanda yoldaşı Valterri Bottas (1:41.027) start xəttində ikinci yerdə dayanacaq. “Ferrari”nın pilotu Kimi Raykkonen (1:41.693) ən yaxşı 3-cü göstəriciyə imza atıb.

 

"Red Bull" komandasının pilotu Daniel Rikkardo isə sıralama yürüşün başa vura bilməyib. O, qəza törətdiyindən turu vaxtından əvvəl bitirib. 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 16 13 2 1 26-6 41

2.

Qəbələ

16 11 2 3 30-15 35

3.

Zirə 16 9 4 3 25-14 31

4.

Sumqayıt

16 7 3 6 20-18

24

5.

Neftçi

16

6 1 9 18-18 19

6

Səbail 16 4 2 10 10-23 14

7.

Keşlə

16

3 3 10 11-25 12

8.

Kəpəz

16 2 1 13 10-31 7
               

 

Top 10