[b]Avropa Liqası: Millimiz qrup sonuncusu oldu, Makedoniya və İsveç yarımfinalda[/b]
25.06.2017 - 22:41
[b]Avropa Liqası: Millimiz qrup sonuncusu oldu, Makedoniya və İsveç yarımfinalda[/b]

Bu gün kişi voleybolçular arasında Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Albaniyada baş tutan matçlarda yığmamız da son qarşılaşmasına çıxıb.

 

Əvvəlki 5 oyununun hamısında məğlub olmuş Fərid Cəlalovun yetirmələri bu dəfə də ənənəsinə sadiq qalıb.

 

Qrupun digər matçında isə liderliyi təmin etmiş Makedoniya ikincilik uğrunda mübarizə aparan Albaniyaya qalib gəlib.

 

Belə olan halda isə Makedoniya qrup qalibi, İsveç isə ikinci kimi yarımfinala yüksəlib.

 

Avropa Liqası

VI tur

25 iyun

 

Azərbaycan – İsveç - 0:3 (18:25, 16:25, 16:25)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev.

 

Makedoniya – Albaniya - 3:2 (25:21, 17:25, 25:21, 23:25, 15:10)

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Makedoniya

6

6

0

18-3

511-426

17

2

İsveç

6

3

3

12:12

534-512

9

3

Albaniya

6

3

3

12-12

514-518

9

4

Azərbaycan

6

0

6

3-18

397-500

1

 

0