[b]“Azərbaycan Qran-prisi çox yaxşı təşkil olunub” – Dmitri Kozak[/b]
25.06.2017 - 16:49
[b]“Azərbaycan Qran-prisi çox yaxşı təşkil olunub” – Dmitri Kozak[/b]

Rusiya Federasiyasının baş nazirinin müavini Dmitri Kozak Bakıda brifinq keçirib. Apasport.az saytının məlumatına görə, rusiyalı dövlət rəsmisi Soçi yürüşlərinin təşkilatçılığının dövlət tərəfindən deyil, özəl şirkətlər tərəfindən keçiriləcəyindən və “Formula 1” üzrə Azərbaycan Qran-Prisindən danışıb.

 

Kozak əvvəlcə Rusiyada keçiriləcək Qran-prinin taleyindən bəhs edib: “Soçidəki “Formula-1” yarışları növbəti ildən özəl şirkətlər tərəfindən təşkil olunacaq. Artıq dövlət buna maddi dəstək ayırmayacaq. Yeni təşkilatçılarla tanış olmuşuq, çox ciddi, işgüzar tərəfadaşlardı. Futbol üzrə dünya çempionatı ilə əlaqədar xahiş etdik ki, Soçi Qran-prisi sentyabrda keçirilsin”.

 

Dövlət rəsmisi Azərbaycan və Soçi Qran-prilərinin müqayisə olunmasından da danışıb: “Biz birlikdə çalışırıq, əməkdaşlıq edirik. Lazımı məqamlarda bir-birimizə kömək edirik. Rəqabət isə ancaq şəhərlərin gözəllikləri və daha yaxşı təşkilatçılıq baxımından ola bilər. Bakıdakı yürüş şəhər daxilində olmasına baxmayaraq çox maraqlı və yaxşı təşkil olunub. Mən çox razı qaldım. Bakı əhalisi də bir az səbrli olmalıdır”.

 

“Təcrübələrin qarşılıqla paylaşılmasından əlavə biz – Rusiya və Azərbaycan iki dost ölkə, starteji tərəfdaşlarıq. Təşkilatçılığa gəlincə isə, Bakı yarışının təşkilatçıları 2013-cü ildə Soçidə bizimkilərin nəyi necə etdiklərini izləmək üçün gəlmişdilər, indi isə biz bütün komanda ilə burdayıq və izləyirik, istəyirik öyrənək ki, təkilatçılıqda daha yaxşı nələr etmək olar” – deyə Kozak bildirib

 

Baş nazirin müavini sonda yarışda "Toro Rosso" komandasında çıxış edən həmyerlisi Danil Kvyata azarkeşlik etdiyini də deyib. 

0