[b]“Formula-1”: Daniel Rikkardonun qələbə şərhi[/b]
26.06.2017 - 10:10
[b]“Formula-1”: Daniel Rikkardonun qələbə şərhi[/b]

“Bu, inanılmaz yürüş oldu. Bilirik ki, təkrar startdan sonra qalib gəlmək şansı yaranır”. Apasport.az saytının məlumatına görə, bunu “Red Bull” komandasının pilotu Daniel Rikkardo deyib.

 

Avstraliyalı idmançı Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi adını qazanıb. O, 02:03:55.570 nəticə ilə finiş xəttinə birinci çatıb.  

 

Qələbəsinə şərh verən sürücü bildirib ki, VIII mərhələnin birincisi olacağına ümidi az imiş: “Luis Hamilton və Sebastyan Fettel problemləri haqda bizə məlumat verdilər. Məndə planlaşdırılmayan pit-stop baş verdi və 17-ci yerə düşdüm. Bundan sonra qalib gələcəyimə inanmırdım. Avropa Qran-prisində olduğu kimi, bu il də yarış maraqlı alındı, təhlükəli dəqiqələr yaşandı. Bunların nəticəsində mərhələ qəzalarsız ötüşmədi. Bir gün öncə mən də qəza etmişdim. Ancaq məyus olmadım. Mövsümdə ilk qələbəmi qazandığım üçün sevinirəm. Buna əzmkarlıqla nail oldum”.

 

Rikkardo Bakı trekinin həyəcanverici olduğunu da vurğulayıb: “Sərt döngələrdə düz trasa çıxırsan. Bu zaman da sürət yığmalısan. Deyə bilərəm ki, Bakı trasını çox bəyənirəm”. 

0