[b]Azərbaycan – İsveç: Kim neçə xal topladı? - STATİSTİKA[/b]
26.06.2017 - 10:29
[b]Azərbaycan – İsveç: Kim neçə xal topladı? - STATİSTİKA[/b]

Kişi voleybolçular arasında Avropa Liqasının sonuncu - VI turu çərçivəsində keçirilən Azərbaycan - İsveç matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 0:3 hesabı ilə uduzduğumuz görüşün ən yaxşısı Fredrik Qustavsson seçilib.

 

Rəqibin oyunçusu 19 xal toplamaqla həm də bombardir adına yiyələnib.

 

Yığmamızın heyətində isə Vüqar Bayramov topu oyuna ən yaxşı daxil edən (2 eys), Kənan Allahverdiyev ən yaxşı top qəbuledicisi (56 faiz) və Dmitri Obodnikov ən yaxşı blokçu (3 xal) seçilib.

 

Voleybolçularımızın topladığı xala gəlincə, Bayramov 9, Rəsul İbrahimov 6, Obodnikov 5, Pərviz Səmədov, Elmin Alışanov və Cavid Süleymanov hərəyə 3, Aqil Ağazadə 2 və Tural Həsənli 1 dəfə dəqiq olub.

0