[b]Azərbaycan yığmasının oyunçusu Avropa Liqasında 3-cü pillədə - FOTO[/b]
26.06.2017 - 12:05
[b]Azərbaycan yığmasının oyunçusu Avropa Liqasında 3-cü pillədə - FOTO[/b]

Kişi voleybolçular arasında Avropa Liqasının qrup mərhələsinin statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, 6 turun nəticəsinə əsasən ən güclü blokçuların adları məlum olub.

 

Siyahıya İsrail millisinin oyunçusu Vlaçeslav Batçkala başçılıq edir. O, 6 görüşün 22 setində rəqib hücumunu 19 dəfə blokla zərərsizləşdirib. Azərbaycan millisinin üzvü Dmtiri Obodnikov isə bu cədvəldə 3-cüdü. O, ikinci pillədə yer alan Maksim Drozd (Ukrayna) kimi 17 dəfə keçilməz olsa da, set fərqində rəqibindən geri qalır. Obodnikov bu xalları 21, Drozd isə 20 hissədə yığıb. 

0