[b]Əfsanəvi məşqçi komandasını Bakıya testə gətirir[/b]
26.06.2017 - 12:53
[b]Əfsanəvi məşqçi komandasını Bakıya testə gətirir[/b]

Rusiyanın “Uraloçka” voleybol klubu Bakıya səfərə gələcək. Apasport.az saytının məlumatına görə, əfsanəvi Nikolay Karpolun çalışdırdığı Yekaterinburq təmsilçisi iyulun əvvəlində paytaxtımızda olacaq.

 

“Uraloçka” ölkəmizə səfəri Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında Avropa çempionatı ilə bağlıdı. Belə ki, şimal qonşularımız Azərbaycanda keçiriləcək hər 2 arenada test oyununa çıxacaq. Rəqib isə əsas yığmamız olacaq.

 

Test görüşlərinə gəlincə, Bakı Gimnastika Arenasında qarşılaşma iyulun 3-də, Göygöldə Olimpiya İdman Kompleksində isə bundan 2 gün sonra olacaq. Lakin tarixlərin dəyişəcəyi istisna edilmir.

 

Həmin qarşılaşmanı Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Özkan Mutlugil də izləyəcək. O, həmçinin Azərbaycanın Avro-2017-yə hazırlığını da dəyərləndirib, lazımı tövsiyələrini verəcək. 

0