[b]“Zirə” – “Differdanj” matçı canlı yayımda[/b]
26.06.2017 - 14:10
[b]“Zirə” – “Differdanj” matçı canlı yayımda[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Zirə” – “Differdanj” matçı canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, “Dalğa Arena”da baş tutacaq görüşü “CBC Sport”la birbaşa izləmək mümkün olacaq.

 

Canlı yayım matçdan 1 saat əvvəl başlayacaq və “Matça Doğru” verilişində oyunla bağlı bir sıra məqamlara toxunulacaq.

 

Qeyd edək ki, qarşılaşma iyunun 29-da saat 21:00-da start götürəcək.

 

0