[b]23 günlük sükuta son[/b]
26.06.2017 - 15:20
[b]23 günlük sükuta son[/b]

Sabah avrokuboklarda yeni mövsümə start veriləcək. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərdə hökm sürən 23 günlük sükuta Çempionlar Liqasının oyunları ilə son qoyulacaq.

 

İyunun 3-də 2016/17 mövsümünün qitənin ən nüfuzlu klub turnirinin “Real”la “Yuventus” arasında final matçı (4:1) baş tutmuşdusa, ayın 27-də 2017/18 mövsümü başlayacaq. Düzdü, avrokuboklar hələlik yalnız “zəiflər” üçün start götürəcək.

 

Belə ki, I təsnifat mərhələsində ən aşağı reytinqli 10 çempionatın qalibi çıxış edir. Lakin bu 5 cütün qarşılaşmaları təkcə 10 iştirakçı deyil, həm də onları II təsnifat mərhələsində gözləyənlər üçün maraq doğurur.

 

Sabah start götürəcək I təsnifat mərhələsinin ilk qarşılaşmaları iki gün davam edəcək. Matçlardan 4-ü sabah, digəri birisi gün keçiriləcək. Bir həftə sonra baş tutacaq cavab oyunları sərfəli nəticə əldə etmək arzusunda olanlardan biri avrokuboklara yeni buraxılan Kosovo təmsilçisidi. Bu matç bir sıra ölkələrdə tanınmayan dövlətin debütü ilə əlamətdar olacaq. Həmçinin postsovet məkanı təmsilçilərindən Estoniya, Ermənistan, şimal ölkələrindən Farer adaları, Uels, Şimali İrlandiya, həmçinin cırtdanlar San-Marino, Andorra, Cəbəllütariq və Maltanın klubları mərhələ keçmək üçün mübarizə aparacaq.

 

 

Çempionlar Liqası

 I təsnifat mərhələsi, ilk oyunlar

27 iyun

20:00. “Alaskert” (Ermənistan) - “Santa-Koloma” (Andorra)

22:00. “Vikinqur” (Farer adaları) - “Trepça” (Kosovo)

22:00. “Hibernians” (Malta) - “İnfonet” (Estoniya)

22:00. TNS (Uels) - “Europa” (Cəbəllütariq)

 

28 iyun

00:45. “Linfild” (Şimali İrlandiya) - “La Fiorita” (San-Marino)

 

0