[b]“Mladost” – “İnter” görüşünün hakimi dəqiqləşdi[/b]
26.06.2017 - 16:29
[b]“Mladost” – “İnter” görüşünün hakimi dəqiqləşdi[/b]

Avropa Liqasında Azərbaycanı təmsil edəcək “İnter”in I təsnifat mərhələsindəki ilk görüşünün hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun “Mladost”la Serbiyadakı matçı rusiyalı ədalət təmsilçilərinə həvalə edilib.

 

İyunun 29-da, Luçani şəhərinin eyniadlı stadionunda təşkil ediləcək qarşılaşmada əsas söz sahibi Aleksandr Matyunin olacaq. Ona Anton Kobzevlə Aleksey Lunyov kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını isə Yevgeni Turbin yerinə yetirəcək.

 

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. 

0