[b]Dani Alveşin yeni klubu bəlli oldu[/b]
27.06.2017 - 12:03
[b]Dani Alveşin yeni klubu bəlli oldu[/b]

“Yuventus”un müdafiəçisi Dani Alveşin yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının Britaniya mətbuata istinadən məlumatına görə, 34 yaşlı futbolçu karyerasını İngiltərədə davam etdirəcək.

 

Belə ki, Alveşin “Mançester Siti” ilə anlaşdığı vurğulanıb. Yenidən sabiq baş məşqçisi Pep Qvardiolanın rəhbərliyi altında çalışacaq Braziliya millisinin üzvü “şəhərlilər”lə 2 illik müqaviləyə qol çəkib. Bu keçidin həftəsonu rəsmiləşməsi gözlənilir.

 

Qeyd edək ki, Dani Alveş “Yuventus”a ötən ilin yayında “Barselona”dan keçib.

0