[b]Arda sevgilisi ilə yaxalandı - FOTO[/b]
27.06.2017 - 12:47
[b]Arda sevgilisi ilə yaxalandı - FOTO[/b]

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan istirahətini davam etdirir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu Yunanıstanın Mikonos adasında ötən mövsümün yorğunluğunu üzərindən atmaqla məşğuldu.

 

Ancaq 30 yaşlı oyunçu adada tək deyil. Belə ki, Türkiyə millisinin sabiq kapitanı yenidən barışdığı sevgilisi Aslıhan Doğanla əylənərkən paparatsilərə yaxalanıb.

 

Mikonosdakı bir oteldə məskunlaşan Arda ilə Aslıhan musiqi sədaları altında rəqs edərkən öpüşüblər ki, bu kameraların obyektlərindən yayınmayıb.

0