[b]“Barselona” “Atletiko”luya göz dikib[/b]
27.06.2017 - 14:15
[b]“Barselona” “Atletiko”luya göz dikib[/b]

“Atletiko”nun yarımmüdafiəçisi Saul “Barselona”nın maraq dairəsinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya təmsilçisi onu PSJ-li Marko Verrattinin alternativi qismində görür.

 

“Barsa”nın idman direktoru Roberto Fernandes 23 yaşlı futbolçunun meneceri ilə artıq 3 dəfə görüşüb, həmçinin bir neçə dəfə də telefonla danışıb. Ancaq bu keçid heç də asan başa gəlməyəcək. Çünki ötən il “Atletiko” ilə müqavilə müddətini 2021-ci ilə qədər uzadan İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 80 milyon avrodu.

 

Qeyd edək ki, Saul 2012-ci ildən “Atletiko”nun əsas komandasında çıxış edir.

0