[b]“Mladost” – “İnter” matçının biletləri satışda[/b]
27.06.2017 - 14:50
[b]“Mladost” – “İnter” matçının biletləri satışda[/b]

Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “İnter” rəqibi “Mladost”la ilk oyununu səfərdə keçirəcək. Apasport.az-ın Serbiya klubunun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın biletləri satışa çıxarılıb.

 

Biletlərin satışı oyun saatına qədər davam edəcək. Azarkeşlər bilet əldə etmək üçün “Mladost” stadionunun kassalarına müraciət etməlidilər. Maraqlıdı ki, bütün sektorlara biletlərin qiyməti eynidi. Belə ki, oyunu izləmək istəyənlər 500 Serbiya dinarından, bizim pulla isə 8 manatından keçməli olacaq.

 

Qeyd edək ki, “Mladost” – “İnter” görüşü iyunun 29-da keçiriləcək.

0