[b]“Qarabağ” – “Dinamo” görüşünün başlama vaxtı müəyyənləşdi[/b]
27.06.2017 - 16:13
[b]“Qarabağ” – “Dinamo” görüşünün başlama vaxtı müəyyənləşdi[/b]

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi sabah növbəti sınaq matçına çıxacaq.

 

İlk görüşdə Rusiya klubu “Axmat”a (0:1), daha sonra isə Bolqarıstan MOİK-inə (2:5) məğlub olan Qurban Qurbanovun yetirmələri bu dəfə Moskva “Dinamo”su ilə üz-üzə gələcək.

 

Rusiyalılarla görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.

0