[b]Millimizin üzvünə serbiyalı rəqib[/b]
27.06.2017 - 16:57
[b]Millimizin üzvünə serbiyalı rəqib[/b]

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası “Ayntraxt” heyətini gücləndirməkdə davam edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Frankfurt təmsilçisi daha bir gənc oyunçu ilə anlaşıb.

 

Belə ki, “Benfika”nın 19 yaşlı hücumçusu Luka Yoviç karyerasını Bundesliqa klubunda davam etdirəcək. Klublar arasındakı razılığa görə, Serbiyanın gənclər millisinin üzvü 2 il “Ayntraxt”da icarə əsasında çıxış edəcək. Almanlar onu birdəfəlik transfer etmək hüququna da malik olacaqlar.

 

Qeyd edək ki, “Ayntraxt” bu yaxınlarda Renat Dadaşovla 3 illik müqavilə imzalamışdı.

0