[b]Donnarummaya növbəti təklif[/b]
27.06.2017 - 17:35
[b]Donnarummaya növbəti təklif[/b]

“Milan”ın qapıçısı Canluici Donnarumma ilə maraqlanan klubların sayı artır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, indi də PSJ gənc qolkiperi transfer etmək niyyətinə düşüb.

 

“Real”ın israrla heyətinə cəlb etməyə çalışdığı İtaliya millisinin üzvü üçün fransalılar qarşı tərəflə danışıqlara başlayıblar. Paris təmsilçisi bu keçid müqabilində “Milan”a 30 milyon avro təklif edib.

 

Qeyd edək ki, “Milan”la müqavilə müddəti 2018-ci ilin yayına qədər olan Donnarumma yeni anlaşma təklifini qəbul etməyib.

0