[b]“Qarabağ” seçim edəcək[/b]
27.06.2017 - 19:16
[b]“Qarabağ” seçim edəcək[/b]

“Qarabağ” 4 yaş qrupu üzrə seleksiya xarakterli məşqlər keçirəcək. Apasport.az saytının məlumatına görə, 2004, 2006, 2007 və 2008-ci il təvəllüdlü uşaqlar bu seçimlərdə iştirak edə biləcəklər.

 

Seleksiyadan uğurla keçənlər müvafiq yaş qrupları üzrə komandalara cəlb olunacaqlar.

Qeyd edək ki, seçimlər Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və iki gün (15 və 16 iyul) ərzində saat 9:00-dan 12:00-a qədər davam edəcək.

Əlaqə telefonu: (050) 222-34-35

0