[b]“Neftçi”yə qayıtdığım üçün xoşbəxtəm” - VİDEO[/b]
27.06.2017 - 20:20
[b]“Neftçi”yə qayıtdığım üçün xoşbəxtəm” - VİDEO[/b]

“Neftçi” dogma, futbola göz açdığım komandamdır. Bu komandaya qayıtdığım üçün sevincliyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin üzvü Mirabdulla Abbasov deyib.

 

“Sumqayıt”da keçirdiyi mövsümdən sonra yenidən “ağ-qara” formada meydana çıxacaq 22 yaşlı futbolçu bu keçiddən çox sevincli olduğunu bildirib: “Məşqlər hələ ki fiziki hazırlıq üzrə keçir. Əhval-ruhiyyə yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, "Neftçi” əvvəlki günlərində olduğu kimi oynasın. Azarkeşlərə minnətdarlığımı bildirmək istəyirəm. "Sumqayıt”da olduğum müddətdə də mənə böyük dəstək oldular. Çalışacağam ki, bundan sonra daha artıq dəstək göstərsinlər”.

0