[b]ÇL-də yeni mövsüm başladı: İlk günün nəticələri - YENİLƏNİB[/b]
28.06.2017 - 00:00
[b]ÇL-də yeni mövsüm başladı: İlk günün nəticələri - YENİLƏNİB[/b]

Avrokuboklarda yeni mövsümə start verilib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərdə hökm sürən 23 günlük sükuta Çempionlar Liqasının oyunları ilə son qoyulub.

 

Avrokuboklar hələlik yalnız “zəiflər” üçün start götürüb.

 

Belə ki, I təsnifat mərhələsində ən aşağı reytinqli 10 çempionatın qalibi çıxış edir. Lakin bu 5 cütün qarşılaşmaları təkcə 10 iştirakçı deyil, həm də onları II təsnifat mərhələsində gözləyənlər üçün maraqlıdır.

 

I təsnifat mərhələsi Kosovo təmsilçisinin debütü ilə əlamətdar olub. Ancaq debütant ilk görüşündən məğlub ayrılıb - 1:2.

 

Həmçinin postsovet məkanı təmsilçilərindən Estoniya, Ermənistan, şimal ölkələrindən Farer adaları, Uels, Şimali İrlandiya, həmçinin cırtdanlar San-Marino, Andorra, Cəbəllütariq və Maltanın klubları mərhələ keçmək üçün mübarizə aparırlar.

 

 

Çempionlar Liqası

 I təsnifat mərhələsi, ilk oyunlar

27 iyun

 

“Alaskert” (Ermənistan) - “Santa-Koloma” (Andorra) - 1:0

Qol: Nenadoviç, 39

 

“Vikinqur” (Farer adaları) - “Trepça” (Kosovo) - 2:1

Qollar: Vatnamar, 17, Laval, 73 - Hajdari, 39

 

“Hibernians” (Malta) - “İnfonet” (Estoniya) - 2:0

Qollar: Jorjinyo, 63, Kristensen, 73

 

TNS (Uels) - “Europa” (Cəbəllütariq) - 1:2

Qollar: Giqli, 44 - Aleks Gillo, 8, Qomez, 78

 

0