[b]Çempionlar Liqası tarixində ilk[/b]
27.06.2017 - 22:27
[b]Çempionlar Liqası tarixində ilk[/b]

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq 4 və sabah keçiriləcək bir oyunla qitənin ən nüfuzlu klub turnirinin ən zəif iştirakçıları mübarizə başlayacaqlar.

 

Builki yarış həm də bir ilklə əlamətdar olub. Belə ki, ÇL tarixində ilk dəfə Kosova təmsilçisi mübarizə aparacaq.

 

Bu ölkənin “Trepça 89” komandası Farer Adalarının “Vikinqur” kollektivi ilə üz-üzə gələcək.

0