[b]“Qarabağ”a heç nə mane ola bilmir[/b]
28.06.2017 - 00:51
[b]“Qarabağ”a heç nə mane ola bilmir[/b]

“Qarabağ”ın təlim-məşq toplanışı davam edir. Apasport.az saytının məlumatına görə, Avstriyada məşqləri davam etdirən ağdamlılar hazırlığın on birinci gününü tək çalışma ilə başa vurub.

 

Günorta saatlarında hava şəraiti kəskinləşsə də, bu, ölkə çempionuna mane olmayıb. Axşam yerli saatla 19:00-da start götürən çalışma təxminən 1 saat 20 dəqiqə davam edib.

 

Qeyd edək ki, “Qarabağ” bu gün təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama görüşündə Rusiyanın “Dinamo” (Moskva) klubuyla qarşılaşacaq. Matç yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla 20:00) start götürəcək

0