[b]“Qarabağ” yenə uduzdu - YENİLƏNİB[/b]
28.06.2017 - 21:47
[b]“Qarabağ” yenə uduzdu - YENİLƏNİB[/b]

“Qarabağ” yay hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, ağdamlılar Avstriyadakı təlim-məşq toplanışında bu gün növbəti hazırlıq matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri Moskva “Dinamo”su ilə üz-üzə gəlib. Təmsilçimiz 3-cü sınaq matçında da məğlub olub. Moskvalılar 1:0 hesablı qələbəyə seviniblər.

 

Çempionlar Liqasına II təsnifat mərhələsindən start verəcək Azərbaycan çempionu iyulun 11-də qarşılaşacağı “Samtredia” ilə oyuna qədər daha bir yoxlama matçı keçirməyi planlaşdırır. Rəqib "Brondbü" olacaq.

 

Qeyd edək ki, Ağdam klubu ilk iki hazırlıq matçında Rusiya Premyer Liqa təmsilçisi “Axmat”a 0:1, Bolqarıstan MOİK-inə isə 2:5 hesabı ilə məğlub olub.

 

Yoxlama oyunu

“Qarabağ” – “Dinamo” - 0:1

Qol: Pançenko, 62

Avstriya, Kössen

 

“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Ağabala Ramazanov, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Ansi Aqolli, Əfran İsmayılov, Bədavi Hüseynov

0