[b]Ronaldo: Ona həsəd aparmıram[/b]
28.06.2017 - 12:00
[b]Ronaldo: Ona həsəd aparmıram[/b]

“İnter” azarkeşləri artıq neçə ildi ki, komandalarından uğur gözləyirlər”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri əfsanəvi futbolçu Ronaldo deyib.

 

“Fenomen” sabiq komandası “İnter” barədə danışıb. O, “neradzurra”nın baş məşqçisi postuna keçən Luçano Spalletti haqda fikirlərini bildirib.

 

58 yaşlı mütəxəssisi tərifləyən Ronaldo onu yeni iş yerində çətinliklərin gözlədiyini vurğulayıb: “Düşünürəm ki, “İnter” rəhbərliyi doğru addım atıb. Spalletti strategiyası olan məşqçidi. Bundan əlavə, o, kollektivə müsbət enerji ötürməyi bacaran şəxsdi. Amma Spallettiyə həsəd aparmıram. Çünki Luçano qısa zamanda nəticə verməyin yolunu tapmalıdı. Axı “İnter” azarkeşləri bunu tələb edəcəklər”.

 

Qeyd edək ki, Ronaldo 1997-2002-ci illər ərzində “İnter”in formasını geyinib. 

0