[b]Qvardiolanın tələbi: Sançes transfer edilsin![/b]
28.06.2017 - 14:45
[b]Qvardiolanın tələbi: Sançes transfer edilsin![/b]

“Arsenal”ın futbolçusu Aleksis Sançes komandasını dəyişə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, çilili hücumçu ilə “Mançester Siti” yaxından maraqlanır.

 

Belə ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola rəhbərliklə söhbətində sabiq yetirməsini ixtiyarında görmək istədiyini bildirib. Bundan sonra hərəkətə keçən Mançester təmsilçisi qarşı tərəflə danışıqlara başlayıb. Hazırda Çili yığmasının düşərgəsində olan Sançesin millidən qayıtdıqdan sonra yekun qərar verəcəyi bildirilir.

 

Bu arada, Dortmund “Borussiya”sının üzvü Usman Dembelenin isə “Mançester Siti”nin diqqət mərkəzində olmadığı açıqlanıb.

0